Əfqanıstanda terakt - 18 hərbçi öldü

  • Bölmə: Dünya  
  • Tarix: 4 may 2020 [10:21]

Əfqanıstanda avtomobilin partladılması nəticəsində 18 hərbçi ölüb.

 

Bu barədə “TOLO News” telekanalı yerli güclü strukturlarına istinadən məlumat yayıb.

 

Bildirilib ki, hadisə bazar günü axşam ölkənin cənubunda, Hilmend vilayətində baş verib.  

 

Qeyd olunub ki, minalanmış avtomobil Əfqanıstan ordusunun nəzarət-buraxılış məntəqəsinin yaxınlığında partladılıb. Nəzarət-buraxılış məntəqəsi tamamilə dağılıb.

Terror aktına görə “Taliban” hərəkatı məsuliyyəti öz üzərinə götürüb.


Загрузка...


Oxunub: 7740 dəfə