Oba marketə bıçaqlı basqın olub

  • Bölmə: Hadisə  
  • Tarix: 1 may 2020 [10:31]

Bakıda mağazaya bıçaqla basqın edilib.

 

Məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Cavad Nurullayev Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edib. O, müraciətində bildirib ki, işlədiyi Gəncə prospektində yerləşən “Oba” marketdə olduğu zaman bir nəfər üzündə tibbi maska olan şəxsin əlində bıçaqla daxil olaraq onu hədələyib və kassadan 1200 manat götürüb. 

 

Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


Загрузка...


Oxunub: 10800 dəfə