Yük və sərnişin daşıyıcılarına xəbərdarlıq

"Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə bağlı görülən tədbirlərə baxmayaraq, hələ də bəzi yük və sərnişin daşıyıcıları onlara verilmiş xüsusi icazədən sui-istifadə edirlər". 


Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Həbib Həsənov deyib. 


Xatırladaq ki, pandemiya ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimində yükdaşıma və taksi xidməti göstərən şəxslərin fəaliyyətinin rəsmiləşdirilməsi prosesinin asanlaşdırılması, bu sahədə sui-istifadə hallarına yol verilməməsi məqsədilə daşıyıcılar barədə məlumatlar “icazə.e-gov.az” portalına daxil edilib. 


"Karantin dövrü daşıyıcılar üçün sınaq dövrüdür. Məsuliyyətsiz hərəkətlərlə dövlətin mənafeyinə zərər vuran, qəbul edilmiş qərarlara əməl etməyən daşıyıcılara qarşı tədbirlər görüləcək və heç bir güzəşt edilməyəcək", - o əlavə edib. 


Загрузка...


Oxunub: 16210 dəfə