Bill Geyts: Vaksin olmadan karantindən çıxmaq TƏHLÜKƏLİDİR

  • Bölmə: Dünya  
  • Tarix: 27 apr 2020 [13:21]

"Microsoft" həmtəsisçisi Bill Geyts "Covid 2019" pandemiyası ilə bağlı fikirlərini bölüşüb.


Bill Geyts, ölkələr arasında sərhədlərin tədrici açılışı göründüyü qədər sadə olmayacağını və yoluxma təhlükəsi iş və insanların davranışlarında mühüm iz qoyacağına inandığını vurgulayıb.
Geyts hesab edir ki, növbəti iki ay inkişaf etmiş ölkələrdə epidemiyanın yeni mərhələsi olacaq. Bu mərhələ "yarı normal" olacaq. İnsanların çölə çıxmalarına icazə veriləcək, lakin müəyyən həddə, onlar ictimai yerlərə gedə bilməyəcəklər:


"Hər qonağın ayrı masada oturduğu restoranları, orta oturacaqların həmişə boş olduğu təyyarələri təsəvvür edin. Məktəblər açıqdır, lakin 70 min nəfərlik bir stadiona adam yığmaq olmur. İnsanlar bir miqdar pul qazanır və bir bir miqdar xərcləyirlər, lakin pandemiyadan əvvəl olduğu qədər deyil".


Məsələn, hazırda Çində 6,200 nəfərin çalışdığı "Microsoft" fabrikində işçilərin yalnız yarısı işə gedir. Evdən işləmək istəyənlər evdə qalırlar. Soyuqdəymə simptomları olanlardan gəlməmələri xahiş olunur. İşçilər hələ də maska taxırlar, dezinfeksiyaedici maddələrdən istifadə edirlər və məsafə saxlayırlar.


Geyts hesab edir ki, restoranların açılması hələ onların yaxşı pul qazanması demək deyil.


Onun fikrincə, ilk öncə məktəblər açılmalıdır, əyləncə və idman tədbirləri isə, çox güman ki, uzun müddət keçirilməyəcək. Çünki iqtisadi mənfəət infeksiyanın yayılması riski ilə müqayisə olunmazdır.
Geytsin proqnozlarına əsasən, 2021-ci ilin yazında insanlar ictimai tədbirlərdə, oyunlarda və ya konsertlərdə iştirak edə biləcəklər, lakin bu, insanların yenidən özlərini təhlükəsiz hiss etmələrinə imkan verəcək "gözəl müalicə" sayəsində olacaq. O, qeyd edib ki, vaksin olmadan karantindən çıxmaq təhlükəlidir:


"İnanıram ki, müalicə 95% effektiv olacaq. Lakin əgər yaxşı müalicə üsullarımı ölüm səviyyəsini 95% -dən az həddə azaltsa belə, yenə də normal həyata qayıtmaq üçün vaksinə ehtiyacımız olacaq".

 

 

Big.az


Загрузка...


Oxunub: 16030 dəfə