Təyyarəni cakuzili ev etdi və dünyada məşhur oldu - FOTO

  • Bölmə: Maraqlı  
  • Tarix: 25 apr 2020 [19:58]

ABŞ-ın Missisipi ştatında kosmetoloq qadın təyyarədən ev düzəldib.

 

Bizimesr.az "The Sun" portalına istinadən məlumat verir ki, amerikalı qadın Jo Ann Usseri 1994-cü ildə istismardan çıxarılmış sərnişin avialayneri oan Boeing 727 təyyarəsini 2 min dollara alıb. Təyyarəni almağa o zaman aviadispetçer kimi işləy tanışı Bob Ferrou məsləhət görüb.


Məlumata görə, Usserinin evi qasırğa zamanı məhv olduqdan sonra laynerdən bir ev yaratmaq qərarına gəlib. Televiziya şousuna verdiyi müsahibədə, o,  su təchizatı, istilik və elektrik enerjisinin təmin olunması üçün 30 min dollar xərclədiyini söyləyib.


Hamam otağı təyyarənin tualetində yerləşdirilib, baqaj bölmələrindən isə əşyaların saxlanması üçün istifadə olunub. Bundan başqa, otaqda cakuzi, soba və qabyuyan maşınla təchiz olunmuş tam keyfiyyətli mətbəx yerləşir. Kosmetoloq izah edib ki, laynerin burun hissəsi gölün üzərində yerləşdirilib, bununla da uçuş illüziyasını yaradıb.


"Mənim 27 yaşlı təyyarəm dünyanın ən yaxşı evidir. Orada insanların mənzillərində olması gərəkən hər şey var: telefon, kondisioner və paltaryuyan", — deyə ev sahibi bildirib.O qeyd edib ki, onun nəvələri göyərtədə qaçmağa sevirlər və dostları tez-tez gecələri  onun evində  keçirirlər.


"The Sun" qeyd edib ki, qadın təyyarədə dörd il yaşadıqdan sonra, hazırda evinin turistlər tərəfindən ziyarət edilmək üçün açıq olduğunu açıqlayıb. Usseri bu müddət ərzində bir neçə şouda olub və müxtəlif nəşrlərə çoxlu sayda müsahibə verib ki, bu da ona ümumdünya şöhrəti qazandırıb.

 

13 Unique Homes and Buildings Made Out Of Old Planes | BuzzNick

 

 

Jo Ann Ussery Stock Pictures, Royalty-free Photos & Images - Getty ...

 

Inside Boeing 727 passenger plane converted into three bedroom ...

 

Inside Boeing 727 passenger plane converted into three bedroom ...

 

 

Mississippi woman converted a Boeing 727 into a stunning lakeside ...


Загрузка...


Oxunub: 31710 dəfə