Oryol i Reşkanın aparıcısı İlin Qadını titulundan məhrum edildi

  • Bölmə: Maqazin  
  • Tarix: 25 apr 2020 [18:34]

"Glamour" jurnalı müğənni və "Oryol i Reşka"nın aparıcısı Regina Todorenkonu "İlin Qadını" titulundan məhrum edib.

 

Bizimesr.az xəbər verir ki, bu barədə nəşrin İnstagram hesabında qeyd olunur.

 

"Sizinlə birlikdə olduğumuz 15 il ərzində siz bizim dəyərlərimizi öyrəndiniz və anlayırsınız ki, biz sizin fikrinizə diqqətlə yanaşırıq", — deyə redaksiyanın bəyanatında bildirilir. 

 

Jurnalda qeyd edilib ki, Todorenko artıq "Glamour"un "İlin Qadını"  titulunu daşımır və vurğulanıb ki, istənilən zorakılıq, o cümlədən bullinq yolverilməzdir.


Xəbər verildiyi kimi, televiziya aparıcısı YouTube-da People talk-a verdiyi müsahibədə məişət zorakılığı haqqında sözlərə görə ittiham olunub. Şəbəkə istifadəçiləri qurbanları deyil, təcavüzkarları günahlandırmalıdır.


Qeyd edək ki, Todorenko müsahibəsində qadınların döyülməsinə haqq qazandıran fikirlər səsləndirib. "Sənin ərin səni vurur, niyə bu barədə əvvəlcədən fikirləşmirsən? Bəs sən, döyülməməyin üçün nə etmisən?"- televiziya aparıcısı bildirib.

 

 Qınaq obyektinə çevrilən Reqina daha sonra sözlərinə görə üzr istəyib.

 

Голая Регина Тодоренко презентует «горячий» альбом | Starbom.com


Загрузка...


Oxunub: 21390 dəfə