Mən oğlan yox, kişi xoşlayıram - Səmra

  • Bölmə: Maqazin  
  • Tarix: 25 apr 2020 [17:00]

"Mən oğlan yox, kişi xoşlayıram. Oğlanları ciddi qəbul etmirəm, çünki onlara uşaq kimi baxıram".


Bizimesr.az aölkə.az-a istinadən bildirir ki, bu sözləri model Səmra Hüseynova "İnstagram"da canlı yayımda izləyicisinin "hansı oğlanlardan xoşunuz gəlir?" sualına cavab verərkən bildirib.


"Kişi gərək qadına sahib çıxsın. Mənə bunu bacarmayan kişi lazım deyil. Kişi bilməlidir ki, qadına sevgidən başqa gözəl görünmək, baxımlı olmaq üçün pul da lazımdır",- deyə, o, qeyd edib.Daha sonra o, qısqanc kişilərə üstünlük verdiyini də açıqlayıb.


"Kişi mütləq şəkildə qısqanc olmalıdır. Məni evdən çıxmağa qoymamalıdır. O sözü mənə elə deməlidir ki, ondan qorxum. Heç vaxt qorxmadığım kişinin sözünə qulaq asmaram",- deyə, o, bildirib.


Qeyd edək ki, Səmra Hüseynova "Miss Azərbaycan-2019" müsabiqəsinin qalibidir. Hazırda o, modellik fəaliyyəti ilə məşğuldur.


Загрузка...


Oxunub: 18170 dəfə