Dövlət sahibkarlara 2 ay dəstək verməyi nəzərdə tutur

"Dövlət tərəfindən sahibkarlara verilən dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur".


Məlumata görə, bunu Nazirlər Kabineti yanında OPerativ Qərargahın brifinqində İqdisadiyyat naziri Mikayıl Cabbarov deyib.


Onun sözlərinə görə, karantindən çıxdıqdan sonra iqtisadi fəallıq dərhal bərpa edilməyəcək:

 

"Tövsiyələrdən biri ondan ibarətdir ki, istər ticarət, istər istehsal və xidmət müəssisələrində minimal sayda əməkdaşlar cəlb olunsun. Təbii olaraq bu, ilk növbədə, sanitar-epidemiologi qaydadan irəli gələn məsələdir. Fəaliyyətin tam şəkildə bərpa olunmadığını nəzərə alsaq, bu, müəssisələrin işgüzar aktivliyinə birmənalı təsir göstərəcək". 


Загрузка...


Oxunub: 11960 dəfə