Qalmaqallı serialın rejissoru tatarlara müraciət edib - FOTO-VİDEO

"Züleyxa gözlərini açır" ("Зулейха открывает глаза")adlı qalmaqallı serialın rejissoru Yeqor Anaşkin tatarlara müraciət edib. 


Bizimesr.az "Sobıtiya" portalına istinadən xəbər verir ki, serialın premyerasından dərhal sonra baş rolun ifaçısı milliyyətcə tatar olan aktrisa Çulpan Xamatovaya hücumlar səngimək bilmir.Kinematoqraf tatarların "özlərinkinə", daha dəqiq isə məhz tatar aktrisaya hücum etməsindən təəccüb edib.


"Sizin tatar aktrisanız, sizin mədəniyyətinizi böyük bir insan kütləsi arasında məşhurlaşdırır. O, məhz bununla məşğul olur, rolunu oynayır",- deyə rejissor vurğulayıb.Anaşkin əlavə edib ki, Xamatova çox zəhmətkeşdir və afərin olsun ki, o, narazı olan tamaşaçıların hücumlarını adekvat qəbul edir.


Anaşkin layihənin kommunistlərin hiddətinə səbəb olduğunu da şərh edib. "Tarixi faktlar var və əfsuslar olsun ki, ölkəmiz dəhşətli dövrlər keçirib və onları inkar etmək mənasızdır. Kino bu barədə deyil, buna görə mübahisə və münaqişə etmək üçün heç bir səbəb görmürəm" - deyə rejissor bildirib.


Qeyd edək ki, daha əvvəl Xamatova serialın tənqidçilərinə müraciət edib. O, onlayn konfrans keçirməyi təklif edib: "Mən sevinclə orada iştirak edəcəyəm. Siz mənim üzümə tüpürərsiz, istədiyiniz bütün iyrənc sözləri deyərsiz, amma "Həyat ver" Fonduna da pul keçirəcəksiniz"- deyə aktrisa vurğulayıb. 


Xatırladaq ki, "Züleyxa gözlərini açır" serialının mövzusu 1930-cu illəri əhatə edir. Filmin əsas qəhrəmanı olan tatar kəndlisi qadının əri qırmızı qvardiyalılar tərəfindən öldürülür, özü isə Sibirə sürgün edirlər. Serialın premyerası "Rossiya 1" telekanalının efirində keçirilib.Premyeradan dərhal sonra "Rusiya kommunistləri" Partiyası serialın qadağan edilməsini tələb ediblər.

 

Продюсер сериала «Зулейха открывает глаза» объяснил, почему ...

 

Смотреть сериал Зулейха открывает глаза 1 сезон 8 серия (1 серия ...

 

Сериал «Зулейха открывает глаза» раскритиковали татары и ...

 

Вышел трейлер сериала «Зулейха открывает глаза»


Загрузка...




Oxunub: 20060 dəfə