Bakıda koronavirusa yoluxma 52,1 faiz təşkil edib

  • Bölmə: Siyasət  
  • Tarix: 24 apr 2020 [19:37]

Azərbaycanda COVİD-19 virusa yoluxmanın 52,1 faizi Bakının payına düşür.


Məlumata görə, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.


O qeyd edib ki, COVİD-19 virusa yoluxmanın 6,88%-i Aran, 8,28%-i Lənkəran, 5,54%-i Abşeron, 7,62%-i Gəncə-Qazax, 2,40%-i Quba-Xaçmaz, 1,07%-i Yuxarı Qarabağ, 1,27%-i Şəki-Zaqatala, 1,4%-i Dağlıq Şirvan, 0,27%-i Naxçıvanın payına düşür.


R. Bayramlı vurğulayıb ki, aşkarlanan yoluxma hallarının 13,16%-i xaricdən idxaldır.


Загрузка...


Oxunub: 8110 dəfə