ŞAD XƏBƏR! Bu xidmət sahələrinin fəaliyyəti bərpa olunur - 27 APRELDƏN - SİYAHI

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 24 apr 2020 [16:16]

Xəbər verdiymiz kimi aprelin 27-dən etibarən Azərbaycanda karantin qaydaları yumşaldılacaq. 


Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkə üzrə 2020-ci il 27 aprel saat 00:00-dan etibarən aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:


● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
● kitab satışı
● qəzet satışı
● dəftərxana mallarının satışı
● çap və surətçıxarma fəaliyyəti
● fotoatelye/fotostudiyalar
● fərdi mənzillərdə təmizlik xidmətləri
● dərzi xidmətləri
● kosmetika və ətriyyat satışı
● geyim satışı
● ayaqqabı və dəri məmulatlarının satışı
● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
● mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri
● kompüter avadanlıqlarının satışı və təmiri
● elektronika və məişət texnikasının satışı
● mebel satışı
● avtomobil satışı
● kimyəvi məhsulların satışı
● gül və bitki məhsullarının satışı
● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
● gübrə və aqrokimyəvi məhsulların satışı


Загрузка...


Oxunub: 5810 dəfə