Rusiya vətəndaşlığının alınması asanlaşdı

  • Bölmə: Dünya  
  • Tarix: 24 apr 2020 [14:16]

Prezident Vladimir Putin Rusiya vətəndaşlığının alınmasının sadələşdirilməsi ilə bağlı federal qanun imzalayıb.

 

Sözügedən hüquqi sənəd “pravo.gov.ru” hüquqi informasiya portalında yerləşdirilib. 


Bu qanun Rusiyada daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aiddir. İndi Rusiya vətəndaşı olmaq üçün digər bir dövlətin vətəndaşlığından imtina etməyə ehtiyac yoxdur.


Bununla yanaşı SSRİ-də anadan olmuş və yaşamış, lakin vətəndaşlıq almamış şəxslər üçün ərizə təqdim etmədən və qanuni gəlir mənbəyini təsdiqlətmədən əvvəl Rusiyada üç il yaşamaq tələbi də ləğv olunur. Həmçinin bu qanun Rusiya vətəndaşı ilə evli və övladları olan əcnəbilərə, habelə valideynlərindən biri Rusiya vətəndaşı olan və Rusiyada yaşayan əcnəbilərə də şamil ediləcək. 
Əlavə olaraq Rusiyada yaşamaq icazəsi alan Moldova, Ukrayna, Belarus və Qazaxıstan vətəndaşları ölkədə yaşama müddətinə əməl etmədən vətəndaşlıq üçün müraciət edə biləcəklər.


Загрузка...


Oxunub: 7430 dəfə