Azərbaycan Yunanıstana ixracı 2 dəfədən çox artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanla Yunanıstan arasında ticarət əməliyyatlarının həcmi 192 464,9 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 102 691,3 min dollar və ya 2,1 dəfə çoxdur.


Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilərə əsasən, hesabat dövründə Azərbaycandan Yunanıstana ixracın həcmi 188 139,2 min dollar təşkil edib. Bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 100 337,5 min dollar və ya 2,1 dəfə çoxdur. İdxalın həcmi isə 4 325,7 min dollara bərabər olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 353,8 min dollar və ya 2,2 dəfə artım olduğunu göstərir.


Nəticədə, hesabat dövründə 183 813,4 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik ifadədə 97 983,8 min dollar və ya 2,1 çoxdur.


Загрузка...


Oxunub: 7230 dəfə