Tom Kruzun çəkildiyi filmlərdə bir sözə görə 7 min dollar alır

  • Bölmə: Maqazin  
  • Tarix: 23 apr 2020 [23:37]

Hollivud ulduzu, amerikalı aktyor Tom Kruzun filmdə bir sözü 7 min dollar səviyyəsində qiymətləndirilib. "Bizimesr" bildirir ki, bu barədə "Cinemablend" portalı məlumat verib.


Bəlli olub ki, çəkiliş meydançasında hər on saniyə ərzində aktyor 200 min dollardan artıq pul alır. Bu hesablamalar Cruzun son 40 il ərzində oynadığı bütün filimlərə şamil edilir. Bundan başqa Kruz  yalnız film üçün ənənəvi qonorar deyil, həm də tez-tez bu və ya digər layihənin  gətirdiyi mənfəətdən faiz alır.


Saytda digər ulduzlar haqqında da məlumatlar verilib. Beləliklə, Kurt Russell hər sözə görə,  təxminən 5,6 min dollar, Conny Depp isə 4,8 min dollar qazanır.


Xatırladaq ki, 2019-cu ilin dekabrında "Just Jared" saytında ən yüksək qonorar alan  məşhurların siyahısı dərc edilmışdi. Reytinqin lideri Kianu Rivz olub və o, "Matrisa" trilogiyası sayəsində 250 milyon dollar qazanıb. İkinci yerə "Altıncı Hiss" filmi sayəsində 120 milyon dollar mənfəət əldə edən olan Brüs Uillis çıxıb. Üçüncü yerdə isə "Dünyalar müharibəsi" kinolenti sayəsində 100 milyon qonorar alan Tom Kruz olub.


Загрузка...


Oxunub: 10220 dəfə