Rotterdam Eurovisionu 2021-ci ildə keçirməyə hazırdır

Rotterdam şəhər şurasının üzvləri "Avroviziya" müsabiqəsinin 2021-ci ildə keçirilməsinin səsverməyə çıxarıblar.


Bizimesr.az xəbər verir ki, bu barədə "NL Times" portalı məlumat verib.


Müsabiqənin Ahoy konsert salonunda keçirilməsi planlaşdırılır. Təşkilatçılar hazırlıq üçün əlavə 6,7 milyon avro ayırmağa hazırdırlar. Vəsait zalın icarə xərclərini, əlavə mühafizə və reklam lövhələrini əhatə edəcək. Nəşrin məlumatına görə, bu il planlaşdırılan Rotterdam mahnı müsabiqəsinə artıq 15 milyon avroya yaxın vəsait xərclənib.


Qeyd edək ki, "Eurovision"un ləğv edilməsi barədə qərar martın 18-də məlum olub.


Müsabiqə mayın ortalarında Rotterdamda keçməli idi, lakin Avropa Yayım İttifaqı, COVİD-19-un bütün Avropada yayılması və pandemiya səbəbindən ölkə hakimiyyətləri tərəfindən qoyulan məhdudiyyətlərin mahnı yarışmasına imkan verə bilməyəcəyini bəyan edib.


Загрузка...


Oxunub: 11070 dəfə