Avropanın ən dözümlü avtomobilinin adı açıqlandı

  • Bölmə: Maraqlı  
  • Tarix: 23 apr 2020 [23:00]

Almaniyanın TUV Təşkilatının mütəxəssisləri Avropa bazarında satılan, demək olar ki, qırılmayan avtomobillərin reytinqini tərtib ediblər. 

 

Bizimesr.az "Motor.ru"ya istinadən bildirir ki, araşdırmada iki yüzdən çox avtomobil markası iştirak edib.Araşdırma zamanı son üç il ərzində nəqliyyat vasitələrinin servis xidmətlərinə müraciətləri  nəzərə alınmışdır.Ekspertlər gəldikləri qənaətə görə, Mercedes-Benz GLC ən etibarlı avtomobil seçilib.


Krossover, 55 min kilometr məsafə qət etmiş modellər arasında lider olub. İlk onluğa Almaniya istehsalı olan daha beş model daxil olub: A-Class, B-Class, C-Class, E-Class Coupe və SLC/SLK.

"Mercedes"-dən başqa, reytinqdə Avropanın ən etibarlı avtomobilləri sıyahısına Audi A1,  Q5 və Q3, Porsche 911 və həmçinin alman istehsalı olmayan yeganə avtomobil Mazda CX-3 daxil edilib.Reytinqdə ən pis iki model olaraq, Dacia (Renault) Logan və Duster, həmçinin Citroen Berlingo seçilib.


Загрузка...


Oxunub: 12980 dəfə