Saakaşvili Avakovla münaqişəsinə aydınlıq gətirib

  • Bölmə: Dünya  
  • Tarix: 23 apr 2020 [22:28]

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin baş nazirin islahatlar üzrə vitse-prezidenti postu təklifini qəbul edib. 


Bizimesr.az xəbər verir ki, Saakaşvili "NV"nəşrini müsahibəsi zamanı, bir neçə il əvvəl münaqişəsi olan DİN rəhbəri Arsen Avakovla birgə işləməyin mümkünlüyünü də bildirib. 


"Daxili işlər naziri Prezidentin nomenklaturasıdır. Baş nazirin islahat üzrə müavini öz işində daxili işlər naziri ilə kəsişmir. Bunlar tamamilə fərqli istiqamətlərdir. İndi də vəziyyət çox mürəkkəbdir, münaqişələr onu yalnız gərginləşdirə bilər. Mən münaqişə deyil, işləmək niyyətindəyəm", - deyə Saakaşvili qeyd edib.


O, prezident Zelenski ilə bir neçə gün əvvəl danışdığını və aprelin 24-də "Sluqi Naroda" fraksiyası ilə görüşəcəyini söyləyib.


Загрузка...


Oxunub: 6540 dəfə