Vasserman: koronavirusdan sonra SSRİ bərpa olunacaq

  • Bölmə: Dünya  
  • Tarix: 23 apr 2020 [21:36]

Publisist və televiziya aparıcısı Anatoli Vasserman, koronavirus epidemiyasının bitməsindən sonra keçmişdə SSRİ-yə daxil olan dövlətlərin yenidən birləşəcəyini proqnozlaşdırıb.

 

Bizimesr.az xəbər verir ki, bu barədə o, "Svobodnoy presse"yə müsahibəsində bildirib.


Onun sözlərinə görə, bazarda yeni nəsə hazırlamaq ən azı 200 milyon əhalisi olan ölkələr üçün məqsədəuyğundur. "İndi Rusiyanın hər bir hissəsi, o cümlədən Rusiya Federasiyası bu 200 milyondan xeyli azdır",-deyə Vasserman qeyd edib.

 
"Mənim gənclik dövründə Sovet İttifaqında olduğu kimi "Bütün Rusiyanın Vahid bazarını" bərpa etmək lazımdır. Bunsuz biz, heç nəyə yiyələnə bilmərik", - deyə intellektual oyunların iştirakçısı davam edib.

O, hadisələrin bu cür inkişafını "Rusiyanın birləşməsi" adlandırıb. Aparıcının fikrincə, dövlətlərin bu cür birləşməsi "dərhal həll üçün bir vəzifə olacaq". O, postsovet məkanının yaxın illərdə dəqiq birləşəcəyini söyləyib. Bununla yanaşı, Vasserman qeyd edib ki, ölkə əhalisi arasında "müqavimət göstərənlər də çox olacaq".


Qeyd edək ki, əvvəlki müsahibələrində Vasserman koronavirusun ikinci "İspan" qripi olduğunu və onun yayılması ilə bağlı vəziyyətin gələcəkdə necə inkişaf edə biləcəyini proqnozlaşdırmışdı. O, həmçinin pandemiyanın ikinci dalğasının olacağını da proqnozlaşdırıb.


Загрузка...


Oxunub: 8170 dəfə