Bill Geyts koronavirusdan qorunmaq üçün malikanə aldı

  • Bölmə: Maraqlı  
  • Tarix: 23 apr 2020 [18:18]

Tanınmış milyarder-filantroplar Bill və Melinda Qeyts cütlüyü Kaliforniyanın cənubunda (ABŞ), San-Dieqoda yüksək məbləğdə - 43 milyon dollara malikanə alıb. 


Bizimesr.az "Daily Mail"ə istinadən  xəbər verir ki, bu ilin mart ayının sonunda cütlük koronavirus təhlükəsinin artdığını görüb təhlükəsiz bir ərazidə, altı yataq otağı, 10 personalıq cakuzi və okeana baxan hovuzu olan saray alaraq ora sığınıb.


Malıkanənin keçmiş sahibi Texas milyarderi Ti Bun Pikensin həyat yoldaşı Madlen Pikensdir.


"The Wall Street Journal" nəşrinə görə, ev mövcud rayon üçün rekord məbləğə satılıb. Malikanənin ümumi sahəsi təxminən 539 kvadratmetrdir. Saray özünü təcrid dövründə vaxt keçirtmək üçün mükəmməl bir sığınacaq kimi xidmət edə bilər.


Qeyd edək ki, Bill və Melinda Geyts həmçinin COVİD-19 əleyhinə vaksinin hazırlanması üçün külli miqdarda vəsait ayıran Xeyriyyə Fondunun təsisçiləridir. Hazırda Fond bu məqsədlər üçün 250 milyon dollar ayırıb.


Xatırladaq ki, daha əvvəl milyarder Yeni Zelandiyadakı bunkerində koronavirusdan qorunmaq qərarını vermişdi. Lakin mürəkkəb təhlükəsizlik sistemi səbəbidən Bill bunkeri açıb içinə daxil ola bilməyib. 


Загрузка...


Oxunub: 7460 dəfə