UFC tarixində ən yüksək məbləq qazanan 3 döyüşçü

  • Bölmə: İdman  
  • Tarix: 23 apr 2020 [14:03]

İrlandiyalı Conor McGregor mütləq çəkidə çempionatın (UFC) tarixində ən yüksək ödənişli atletlərin siyahısına başçılıq edir. 

 

Bizimxeber.az "The Sun"a istinadən xəbər verir ki, Mcgregor öz döyüşləri ərəfəsində 12 milyon dollar qazanıb. 

 

İkinci yerdə Hollandiyanın ağır çəkili döyüşçüsü Alistar Overim yer alıb. Onun ümumi qazancı 8,7 milyon dollar təşkil edib. 

 

Qurumun ən yüksək maaşlı döyüşçülərinin üçüncüsü isə yüngül çəkidə UFC çempionu, rusiyalı Həbib Nurməhəmmədovdur.

Maraqlıdır ki, UFC-nin ən yaxşı döyüşçülərinin reytinqinə başçılıq edən, yarım ağır çəkidə döyüşən amerikalı Cons yalnız yeddinci yeri tutur. Öz döyüşləri zamanı o, 6,48 milyon dollar qazanıb.


Forbes-in məlumatına görə, iki çəki dərəcəsində köhnə UFC çempionu  irlandiyalı McGregor, 2019-cu ildə 45 milyon dollar qazanıb.


Загрузка...


Oxunub: 5820 dəfə