Saakaşvili: Bu dəfə Ukraynada şou göstərməyəcəyimə söz verirəm

  • Bölmə: Dünya  
  • Tarix: 23 apr 2020 [13:45]

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili prezident Vladimir Zelenski tərəfindən dəvəti olunduğu Ukrayna hökumətində görəcəyi işlərdən danışıb. 


Bizimxeber.az xəbər verir ki, "Ukrayna 24" televiziya kanalının efirində o, Odessa Regional Dövlət Administrasiyasının rəhbəri olarkən etdiyi kimi bu dəfə də Gürcüstan komandasını özüylə gətirmək niyyətində olmadığını qeyd edib. 


Siyasətçi bu dəfə "şou göstərmək" niyyətində olmadığına da söz verib və artıq artıq o yaşda olmadığını qeyd edib. Ayrıca Nazirlər Kabinetində işə başladıqdan bir müddət keçəndən sonra Zelenski iklə sələfi Petro Poroşenko ilə olduğu kimi mübahisə edəcəyinə inanmadığını da vurğulayıb.


Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna lideri Vladimir Zelenskidən təklif aldığını açıqlayıb. Zelenski ona İslahatlar üzrə Ukrayna baş nazirinin müavini vəzifəsini təklif edib. İndi Saakaşvili Verxovna Radasına dəyişiklik proqramını təqdim etmək niyyətindədir.


Загрузка...


Oxunub: 5570 dəfə