Sənət adamları Afaq Bəşirqızının müdafiəsinə qalxdı: Sizi sevirik!..

Bir neçə gün əvvəl texniki xəta üzündən canlı efirdə baş verən məlum hadisədən sonra xalq artisti Afaq Bəşirqızına qarşı sosial şəbəkələrdə bəziləri tərəfindən aparılan kampaniya onun sənət dostları arasında hiddətlə qarşılanıb.


Bizimxeber.az bildirir ki, məsələ ilə bağlı bir qrup tanınmış sənət adamı müraciət imzalayıb. Həmin müraciəti təqdim edirik: "Son günlər əfsanəvi aktrisamız, gülüş ustamız, hər zaman xalqının qeydinə qalan, onlara görə haqq səsini ucaldan, maddi və mənəvi cəhətdən sənət aləmində olan insanlara köməyini əsirgəməyən Afaq Bəşirqızına qarşı çox çirkin oyunlar aparılır.


Efirdə olduğundan xəbərsiz olan Afaq xanımın səs yazısı, hansı ki, umumiyyətlə, demək olar ki, çətinliklə eşidilir, bunu bilərəkdən yayaraq onu ləkələməyə çalışırlar. Afaq xanım heç bir zaman tamaşaçıya hörmətsizlik etməyib. 


Biz sənət insanları xahiş və tələb edirik ki, illərini, həyatını Azərbaycan incəsənətinə və mədəniyyətinə həsr edən, bu yolda sağlamlığını belə itirən Afaq xanımın şərəf və ləyaqətini tapdalamağa cəhd edənlər cinayət məsuliyyətinə cəlb olunsunlar! İmkan verməyək ki, nadanlar xalqımızın dəyərli sənətkarının adına xələl gətirsin!

 

Afaq xanım, Sizi sevirik!!!


Xalq artisti Ramiz Fətəliyev

 

Xalq artisti  Mənsum İbrahimov

 

Xalq artisti Ənvər Sadıxov

 

Xalq artisti  Zülfiyyə Xanbabayeva

 

Xalq artisti  Eyyub Yaqubov

 

Xalq artisti  Tünzalə Ağayeva

 

Əməkdar artist Tahir İmanov

 

Əməkdar artist Dilarə Əliyeva

 

Əməkdar artist Elçin Həşimov

 

Əməkdar artist Elnur Əhmədov

 

TV prodüsseri Oqtay Əliyev".


Загрузка...


Oxunub: 11180 dəfə