Anastasiya İvleyeva canlı yayımda sinəsini açdı - FOTO

  • Bölmə: Maqazin  
  • Tarix: 22 apr 2020 [23:59]

Bloger və "Pyatnitsa" kanalının aparıcısı Anastasiya İvleyeva canlı yayımlanan "Pryamoy karantin"şousunda reper Timatinin qarşısında sinəsini açmaq məcburiyyətində qalıb. 

 

Bizimesr.az xəbər verir ki, instagram hesabında yayımlanan videonu milyonlarla tamaşaçı izləyib.Belə ki, internet-verilişinin şərtlərinə görə, iştirakçılar  çarxı növbə ilə fırladaraq tapşırıqları yerinə yetiriblər. Gedişlərdən biri zamanı İvleyevaya xeyriyyə hərracında satmaq üçün sinəsinin şəklini çəkmək tapşırığı düşüb.


"Ümid edirəm ki, bütün avaralar indi ekran başındadır. Mən üzümü döndərib, sinəmi açacağam və döşlərimi boyaya salıb bir neçə cəhd edəcəm",- deyə bloger yarıçılpaq vəziyyətdə sinəsini boyaya salıb. Timati isə proses zamanı gözlərini xurma ilə bağlayıb.

 

İvleyeva daha sonra boyaladığı sinəsini nümayış etdirib. "... hətta çox simpatik" -deyə, Timati İvleyevanın rəsmini qiymətləndirib.
Bundan sonra repçi də tapşırığı çılpaq halda yerinə yetirib. O, yağı otağın döşəməsinə tökərək çılpaq bədəni ilə yerdə yuvarlanıb.


Təxminən bir saat sürən veriliş zamanı, Timati müxtəlif tapşırıqları yerinə yetirməli olub. Məsələn, iPhone-nunu qırıb, dodağını tibbi iynə ilə deşib, öz əlini yandırıb və sörf taxtasını parçalara bölüb. İvleyeva isə qayçı ilə bahalı əşyalarını kəsib, mismarların üstündə durub.


Qeyd edək ki, Ivleyeva və Timatinin aprelin 21-də axşam saatlarında İnstagram-da canlı yayımlanan "Pryamoy karantin"şousu təxminən 1,5 milyon baxış toplayıb. 

 

ПРЯМОЙ КАРАНТИН 2020/21.04 НАСТЯ ИВЛЕЕВА И ТИМАТИ/ ПОКАЗАЛА ГРУДЬ ...

 

 

Проколотая губа, гвозди и кактусы. Ивлеева и Тимати поставили ...

 

 

Настя Ивлеева и Тимати Прямой карантин, Прокол Губы, Картина ...

 

 

 

 


Загрузка...


Oxunub: 7050 dəfə