Koronavirusun olmadığı ölkələrin siyahısı tərtib edilib

  • Bölmə: Dünya  
  • Tarix: 22 apr 2020 [23:47]

20-dən çox ölkə və insanların daimi məskunlaşdığı ərazilər hələ də koronavirus pandemiyasından uzaqdır.

 

Bizimesr.az xəbər verir ki, siyahı aprelin 22-də "Daily Mail" qəzeti tərəfindən tərtib olunub.


Son məlumatlara görə, 15 ölkədə və insanların daimi məskunlaşdığı 11 ərazidə heç bir yoluxma hadisəsi qeydə alınmayıb. Təhlükəsiz dövlətlər siyahısına Komor adaları, Kiribati, Lesoto, Marşal adaları, Mikroneziya Federal Ştatları, Nauru, Palau, Solomon adaları, Tacikistan, Tonqa, Türkmənistan, Tuvalu, Vanuatu və Şimali Koreya daxildir.


Koronavirus yoluxma hadisəsinin qeydə alınmadığı insanların daimi məskunlaşdığı ərazilərə - Britaniyanın Pitkern, Müqəddəs Yelena, Vozneseniya və Tristan-da-Kunya, ABŞ-ın Amerika Samoa, Fransanın Uollis və Futuna, Norveçin Şpisbergen, Avstraliyanın Milad və Norfolk, Kokos, Yeni Zelandiyanın isə Niue, Tokelau, Kuk Adaları daxildir.Onların bəziləri üçün uzaq bir yerdə olmaları həlledici rol oynayıb - məsələn, Afrikanın şərq sahilində yerləşən Komor adaları və ya  Sakit okeandakı Tuvalu.


Digər ölkələr və ərazilər virusun potensial yayılmasının qarşısını almaq üçün sürətli və qətiyyətli tədbirlər görüblər. Məsələn, Tonqa turistlərə sərhədlərini bağlayıb, fövqəladə vəziyyət elan edib və ciddi komendant saatı tətbiq edib.


Eyni zamanda, bəzi dövlətlərin yoluxma halları barədə sadəcə məlumat verməməsi istisna edilmir. Xüsusilə də xəstəliyin baş verməsini yaşayan dövlətlərlə qonşuluqda olanlar.  Belə ki, məsələn, Şimali Koreya təkid edir ki, onun sakinlərində COVİD-19-a yoluxma halı yoxdur. Baxmayaraq ki, artıq cənub qonşusunda yoluxma halı 10 mindən çox qeydə alınıb.Tacikistan isə dünyada virusun yayılmasının ilk ocağı olan Çinlə həmsərhəddir.


Daha əvvəl bildirildi ki, Tacikistanda koronavirus pandemiyası zamanı turistlərin əhəmiyyətli dərəcədə artması qeydə alınıb. Lakin aprelin əvvəlində ölkə profilaktik məqsədlər üçün sərhədləri bağlayıb.


Загрузка...


Oxunub: 6830 dəfə