Belarus həkimdən ŞOK AÇIQLAMA - Ölkədə yoluxanların statistikası altı dəfə az göstərilir

  • Bölmə: Dünya  
  • Tarix: 22 apr 2020 [13:00]

Minsk şəhər xəstəxanalarından birində işləyən belarusiyalı həkim-reanimatoloq, ölkədə koronavirusa yoluxanların sayının ən azı 6 dəfə az göstərildiyini iddia edir.


Bizimesr.az bildirir ki, anonimliyi qorunan həkim bu barədə "Azadlıq Radio"suna müsahibəsində açıqlama verib. 


Həkim bildirib ki, onun reanimasiya şöbəsi məhdud imkanlar şəraitində işləyir, koronavirusa yoluxan xəstələri daim qəbul edir, onların hamısı 55-65 yaşlarındadır: "Demək olar ki, bütün şöbələr pnevmoniyalı xəstələrlə doludur. İndi şöbələr arasında xəstələrin çeşidlənməsi aparılır. Bəzi şöbələrə koronavirus pnevmoniyaları, digərlərinə isə mənşəyi bəlli olmayan xəstələr yerləşdirilir"- deyə həkim bildirib.


"Mən və həmkarlarım hesab edirik ki, xəstələrin rəsmi statistikası çox aşağı göstərilir, beş-altı dəfə. Bura  xəstəliyi ayaqüstü keçirən asimptomatik xəstələri, yəni virusu daşıyaraq, yayaraq başqalarını yoluxdurmaqda davam edənləri də əlavə ediilməlidir", - deyə reanimatoloq bildirib.


O hesab edir ki,"rəsmi rəqəmlər yalnız xəstəxanaya düşənlərə aiddir". Əgər kiminsə başqa məlumatları varsa, "onları açıqlamaq qadağandır".


"Yalnız mart ayının sonundan etibarən xəstəxanamızda 350-dən çox təsdiqlənmiş koronavirus xəstəsi aşkarlanıb. Bu, yalnız bir kiçik xəstəxanadadır. Minskdə yoluxanların sayı təxminən beş min olmalıdır. Ölkə miqyasında isə rəqəmlər daha çoxdur", — deyə həkim qeyd edib.


Son məlumatlara görə, Belarusiyada 6264 nəfər koronavirus yoluxmuşdur. Ölkədə sərt karantin məhdudiyyətləri tətbiq olunmayıb.


Загрузка...


Oxunub: 7410 dəfə