ABŞ-dan Su-35 qırıcısının müdaxiləsinə cavab gəldi

  • Bölmə: Hərb  
  • Tarix: 21 apr 2020 [15:20]

ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanması Rusiya Su-35 qırıcısının Amerika kəşfiyyat-təyyarəsinə qarşı hərəkətlərinə münasibət bildirib.


Bizimesr.az "Al Masdar News"ə istinadən  xəbər verir ki, birinci müdaxilə peşəkar şəkildə edilib, ancaq ikincisi, demək olar ki, qəzaya səbəb ola bilərdi, çünki rus qırıcısı çox yaxın məsafədən - 25 fut (7.6 metr) uçub:

 

"İkinci müdaxilə təhlükəli və qeyri-peşəkar idi ... belə bir məsuliyyətsiz manevr, demək olar ki, hər iki təyyarənin pilotlarını təhlükəyə atıb" – deyə açıqlamada qeyd olunub.

 

Xatırladaq ki, dünən Rusiyanın Su-35 qırıcısı Suriyadakı hərbi obyektlərə doğru uçan Amerika kəşfiyyat-təyyarəsini aşkarlayıb və onu manevrlərlə sıxışdıraraq səmadan uzaqlaşdırıb.


Загрузка...


Oxunub: 13520 dəfə