Karantində darıxan “Playboy” ulduzu intihar etdi

  • Bölmə: Maqazin  
  • Tarix: 21 apr 2020 [14:45]

“Playboy” kişi jurnalının ulduzu Ashley Mattingly intihar edib.

 

Bizimesr.az  “TMZ”-yə istinadən bildirir ki, 33 yaşlı ulduzun ölüm səbəbi hələlik rəsmi olaraq elan olunmayıb. Məlumata əsasən, hüquq mühafizə orqanları Mattinglynin cəsədini dostunun zəngindən sonra aşkar edib. 


Model son iki il ərzində Amerikanın Texas ştatının Ostin şəhərində yaşayıb. “Fox News” xəbər verir ki, ölümün rəsmi səbəbləri bəlli deyil. Tibbi ekspertizanın mütəxəssislərinə ölüm səbəbini dəqiqləşdirmək üçün 30-90 gün aralığında zaman tələb olunduğu vurğulanıb. 

 

Model spirtli içki aludəçisi olduğu bildirilib. Lakin ailə üzvlərinin sözlərinə görə, o son vaxtlar içkini azaldıb və özünü daha yaxşı hiss edib. Onların sözlərinə görə, dövlət orqanlarının koronavirus pandemiyası ilə əlaqədar evdə qalmağı tələb etməsi səbəbindən Playboy ulduzu özünü tənha hiss edirdi və hətta buna görə o küçük saxlamağa qərar vermişdi. Mattinglynin ölümünü qardaşı Bill və bacısı Kristie də təsdiqləyib. 

 

"Sözlər tapa bilmirəm, buna görə də burada yazacam. Mən səni sevirəm və sənsiz hər gün canım sıxılacaq. Səmalara uç bacı, bilirəm ki, göyün ən gözəl mələyi sən olacaqsan ”- deyə bacısı Facebookda yazıb. Xatırladaq ki, Ashley Mattingly ilk dəfə 2011-ci ildə Playboy-un üz qabığına çəkilib. Model "Miss Mart 2011" nominasiyasının qalibi olub.


Загрузка...


Oxunub: 15320 dəfə