Taksi yoxlama postunda polis və hərbçini vurub

  • Bölmə: Hadisə  
  • Tarix: 21 apr 2020 [13:18]

Bakıda yoxlama postunda polis və hərbiçi avtomobillə vurulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 19-da saat 22 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.

 

Onlar DİN-in Hospitalına yerləşdiriliblər.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.


Загрузка...


Oxunub: 21840 dəfə