Ordumuz silah və hərbi texnikanı yay istismar rejiminə keçirir – VİDEO

  • Bölmə: Hərb  
  • Tarix: 21 apr 2020 [11:45]

Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində 2020-ci ilin döyüş hazırlığı planına əsasən silah, döyüş və xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilir.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materialları hərbi hissələrdəki texniki xidmət məntəqələrində dəyişdirilir və onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

 

Silah, döyüş və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə keçirilmənin məqsədi hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasını təmin etməkdir.


Загрузка...




Oxunub: 5760 dəfə