Merkel karantin rejimini müzakirə edənləri tənqid edib

  • Bölmə: Dünya  
  • Tarix: 20 apr 2020 [14:55]

Almaniyanın Federal Kansleri Angela Merkel Almaniyada karantin tədbirlərinin yüngülləşdirilməsi ilə bağlı müzakirələri kəskin tənqid edib. 


Bizimesr.az “dpa” agentliyinə istinadən xəbər verir ki, bu barədə kansler Xristian Demokratik Birliyinin Rəyasət Heyəti ilə görüşündə deyib. Almaniya hökuməti başçısının sözlərinə görə, karantin rejiminin daha da asanlaşdırılması Almaniyada epidemiyanın ikinci dalğası riskini artırır.

 

Merkel, Almaniyada koronavirusla mübarizədə əldə edilmiş nəticələrin, karantin rejiminin  məhdudlaşdırılması və ya sosial əlaqələrin bərpası tədbirlərinin tətbiq ediləcəyi təqdirdə itirilə biləcəyindən narahatlığını ifadə edib. Kansler məhz bu səbəbdən belə müzakirələrin faydasız olduğunu diqqətə çatdırıb.

 

O xatırladıb ki, onun federal ərazilərin hökumət başçılarının iştirakı ilə karantinin tədricən yumşaldılması ilə bağlı növbəti müzakirələri aprelin 30-da keçirilməsi planlaşdırılıb. Almaniya hökumətinin başçısı vurğulayıb ki, görüş zamanı Almaniya iqtisadiyyatındakı vəziyyətin necə inkişaf etdiyi, məktəblilərin və tələbələrin dərs prosesina qayıdışiyla bağlı qərar 8 - 9 may tarixlərindən əvvəl verilə bilməz.


Загрузка...


Oxunub: 11700 dəfə