Tramp jurnalistləri tənqid etdi - Ölü sayına görə birinci yerdə biz yox, Çindir

  • Bölmə: Dünya  
  • Tarix: 20 apr 2020 [13:10]

ABŞ prezidenti Donald Tramp, jurnalistləri koronavirusla bağlı vəziyyət barədə məlumat verdiklərinə görə tənqid edib. Onun fikrincə Amerika mediası yalan məlumatlar yayır.


Bizimesr.az CNN -ə istinadən xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə keçirdiyi brifinq zamanı səsləndirib. “Biz (koronavirusdan ölənlərin sayına xitabən) birinci yerdə deyilik, birinci yerdə Çindir. Biz heç o rəqəmlərə yaxınlaşmırıq da - çinlilər bizdən xeyli qabaqdadır. Niyə bunu qeyd etmək istəmirsiniz? " – deyə Amerika lideri əsəbiləşib.

 

O, həmçinin qeyd edib ki, ABŞ-da hər kəsin müayinəsi üçün kifayət qədər koronavirus infeksiyası testləri olmalıdır. Trump bu fikirləri səsləndirməklə, epidemiya ilə mübarizə üçün maliyyə çatışmazlığından dəfələrlə şikayət edən Amerika qubernatorlarını tənqid edib.


Загрузка...


Oxunub: 7940 dəfə