Çempionlar Liqasında 2020-21 mövsümünün start tarixi dəqiqləşib

  • Bölmə: İdman  
  • Tarix: 17 apr 2020 [14:56]

Çempionlar Liqasında (ÇL) 2020-21 mövsümünün qrup mərhələsinin başlama vaxtı müəyyənləşib. İspaniya mətbuatı UEFA-nın gələn mövsümlə bağlı qərarını verdiyini iddia edib.

 

Məlumatda bildirilib ki, ÇL-in növbəti mövsümündə qrup mərhələsinin ilk oyunları 20-21 oktyabr tarixində keçiriləcək. Həmin ayın 22-də isə Avropa Liqasının qrupuna start veriləcək. Avrokubokların təsnifat mərhələləri isə iyulun sonundan sentyabra qədər keçiriləcək.


Qeyd edək ki, UEFA hazırda dayandırılan Çempionlar Liqasının final matçının avqustun 29-da, Avropa Liqasının həlledici görüşünün isə 26-da təşkilini planlaşdırır.


Загрузка...


Oxunub: 13380 dəfə