İrina Şeyk pandemiya zamanı küçə geyimində - FOTOLAR

  • Bölmə: Maqazin  
  • Tarix: 16 apr 2020 [14:07]

Koronavirus pandemiyası zamanı Nyu York küçələrində görünən rus supermodel İrina Şeykin geyimləri “Vogue” moda jurnalının diqqətini çəkib. Bizimxeber.az xəbər verir ki, paparatsilərin fotoları nəşrin saytında yer alıb.


İrina Şeyk qara gödəkçədə, “Moschino”dan olan kamuflyaj idman geyimi, iri “Bottega Veneta” çəkmələri və qoruyucu maska yerinə üzünə bağladığı xaki rəngli şərf ilə geyim dəstini tamamlayıb.

 

Nəşrin bildirdiyinə görə, pandemiya və məcburi özünü təcridetmə rejiminə baxmayaraq, paparatsilər Nyu-York küçələrində ulduzların tez-tez fotoşəkillərini çəkməyə müvəffəq olurlar. Jurnalistlər Şeykin qoruyucu əlcəksiz evi tərk etdiyini baxmayaraq, ümumilikdə əsas təhlükəsizlik tədbirlərinə əməl etdiyini vurğulayıblar.

 

 


Загрузка...


Oxunub: 10400 dəfə