Uhandakı koronavirusun yayılmasını işıqlandıran jurnalistlər yoxa çıxıb

  • Bölmə: Hadisə  
  • Tarix: 16 apr 2020 [09:34]

Uhandakı koronavirusun yayılmasını işıqlandıran çinli jurnalistlər topladıqları məlumatları açıqladıqdan sonra yoxa çıxıblar.

 

Bizimesr.az “Daily Mail”ə istinadən xəbər verir ki, üç reportyor Çen Qiuşi, Fang Bing və Li Zehua izdiham dolu meyitxanalar və xəstəxanalardakı videoları “YouTube” portalına və Twitter-ə yükləyərək şəhərdəki epidemiyanın gerçək tərəfini göstərməyə çalışıblar. Fevralın 6-26-sı tarixləri ərəfəsində yoxa çıxdığı bildirilən jurnalistlərdən hələ də xəbər yoxdur.

 

Jurnalistlərdən birinin yoxa çıxmamışdan bir müddət əvvəl həbs olunduğu məlum olub. Sosial şəbəkələrdə onun temperaturunu ölçməyə çalışan zabitlərlə əlbəyaxa olduğu kadrlar yayılıb. Digər bir müxbirin Uhan Viroloji İnstitutunda polisin gizli fəaliyyəti barədə araşdırmalar apardığı bildirilib. Üçüncüsü isə, eyni şəhərdəki karantin rejiminin olduğu xəstəxanaya getməyi planlaşdırdığı bildirilib.

 

Jurnalistlərlə yanaşı aprelin əvvəllərində, Uhan Mərkəzi Xəstəxanasının qəbul şöbəsinin müdiri Ai Fen, yeni növ koronavirus infeksiyasının başlanğıc mərhələsində hakimiyyəti fəaliyyətsizlikdə qınayaraq tənqid etdiyi barədə məqalə dərc edildikdən sonra yoxa çıxıb.


Загрузка...


Oxunub: 8320 dəfə