Harvard alimləri koronavirusun inkişaf ssenarisini açıqladı

  • Bölmə: Maraqlı  
  • Tarix: 15 apr 2020 [15:59]

Amerikalılar koronavirusun yayılmasının qarşısını almaq məqsədilə  2022-ci ilə qədər ölkədə görülən sosial məsafə tədbirlərinə riayət etməli ola bilərlər. 

 

 

Bizimesr.az xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan Harvard Xalq Sağlamlığı Məktəbinin apardığı araşdırmada qeyd olunub.

 

"Reanimasiya şöbələrinin imkanları əhəmiyyətli dərəcədə artırılmasa və ya koronavirus üçün vaksin tapılmasa, insanlar arasında sosial məsafə tədbirlərinin 2022-ci ilə qədər davam etdirilməsi qaçılmazdı" - deyə, Harvardın ekspertləri koronavirusun inkişaf ssenarisini izah edib.

 

Epidemiologlar koronavirusların təhlükəli olduğunu, məhz ona qarşı uzun müddətli immunitet yaratmağın mümkün olmaması ilə izah ediblər. Bununla yanaşı, SARS-CoV-1 də daxil olmaqla müxtəlif növ viruslar arasındakı qohumluq, qarşılıqlı immun sayəsində onlarla mübarizə aparmağa imkan verir. 

 

Tədqiqatçılar Cənubi Koreya və Sinqapur təcrübələrini nümunə kimi göstərərək qeyd ediblər ki, bu tədbirlərin qorunması səhiyyə sistemindəki yükü azalda bilər, eyni zamanda sosial təmasları izləməyə və karantinə riayət etməyə imkan verir. Koronavirusun inkişafının müxtəlif ssenarilərinin modelləşdirilməsi göstərdi ki, virus növlərindən birinə yoluxma digər viruslardan qorunmanı təmin edir.

Epidemioloji model, həmçinin koronavirusun təbiətdə oktyabr-may ayları arasındakı pik nisbətləri ilə mövsümi olduğunu göstərib. Ancaq yayda infeksiyaya yoluxma hava şəraitinə görə deyil, əhalinin əksəriyyətinin artıq virusa yoluxması ilə əlaqədardır.

 

Elmi iş belə bir qərarın mənfi nəticələrini də nəzərə alır. Böyük bir ehtimalla, sosial uzaqlaşma iqtisadiyyata, təhsilə və sosial sahəyə mənfi təsir göstərəcək. Alimlər vurğulayırlar ki, SARS-CoV-2 virusu aradan qaldırılsa da, ölkələr yenə də monitorinqini davam etdirməli olacaqlar, çünki 2024-cü ilə qədər ikinci bir yayılma dalğasının olacağı mümkündür. 


Epidemiologlar belə nəticəyə gəliblər ki, COVID-19 koronavirusunun əsas metodu infeksiyanın inkişafına nəzarət etmək və ya vaksinləşmə ilə immunitet sürüsünü yaratmaqdır.

 

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, infeksiyanın zirvəsi hələ şatmasa da mütləqdir.


Загрузка...


Oxunub: 9350 dəfə