Dünyanın ən məhşur narkobaronu həbs olundu

  • Bölmə: Kriminal  
  • Tarix: 14 apr 2020 [16:00]

1998-ci ildə həbsxanadan qaçan Braziliyanın məşhur narkobaronu Gilberto Aparecido dos Santos Mozambikdə həbs olunub.

 

Bizimesr.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Braziliya Ədliyyə Nazirliyi yayıb.

 

Məlumata əsasən, bu illər ərzində o, dünyanın ən çox axtarılan cinayətkarları siyahısında liderlik edib.

 

Agentliyin məlumatına görə, Santosun ələkeçirilmə əməliyyatı  Braziliya Federal Polisi, Ədliyyə Nazirliyi və Mozambik Polisi ilə birgə həyata keçirilib.

 

Qeyd olunur ki, Santos 1998-ci ildə cinayətkar dəstələrdə iştirak etməkdə və kokain ticarəti ilə məşğul olmaqda ittiham olunansa da, həbsxanadan qaça bilib. Santosun  "Birinci Paytaxt Komandası" cinayətkar qrupunun rəhbəri olub.

 

Hüquq-mühafizə orqanları, onun digər bir qrupun lideri olan Markol ləqəbli narkobaronun qaçışı üçün plan hazırlamaqda günahlandırır.

 

Xatırladaq ki, "Birinci Paytaxt Komandası" - 1993-cü ildə San-Paulu şəhərində yaradılmış cinayətkar dəstədir. Hal-hazırda Braziliyada 13 min nəfər üzvdən ibarət ən böyük cinayətkar dəstədir. Dəstə, narkotik ticarəti və soyğunçuluqla məşğuldur.


Загрузка...


Oxunub: 26730 dəfə