Baş nazir Boris Consondan təcili olaraq qoruyucu vasitələr tələb edən həkim koronavirusdan öldü

  • Bölmə: Dünya  
  • Tarix: 9 apr 2020 [20:30]

Bizimesr.az Sky News kanalına istinadən verdiyi xəbərə görə, koronavirusa yoluxmuş 53 yaşlı həkim Abdul Mabud Çoudhuri vəziyyətinin ağırlaşması səbəbindən xəstəxanada vəfat edib.

 

Belə ki, martın 18-də Baş nazir Boris Consona ölkədəki hər bir tibb işçisini təcili olaraq qoruyucu avadanlıqla təmin etməsini tələbi ilə mesaj göndərən həkimdə sonradan Covid-19 virusunun olduğu təsbit edilmişdi.

 

Xəstəxanada 15 gün yaşamaq üçün mübarizə aparan Çoudhuri, mesajında ​​“səhiyyə işçilərinin  xəstələrlə birbaşa təmasda olduqlarını", "Başqaları kimi, bu dünyada ailəmiz və övladlarımızla xəstəlik olmadan yaşamaq hüququmuz var" kimi ismarıc göndərmişdi.

 

Xatırladaq ki, Londondakı Homerton Xəstəxanasında işləyən həkim Çoudhuri, Londonun yaxınlığındakı Romford qəsəbəsindəki Kraliça Xəstəxanasında müalicə olunurdu.


Загрузка...


Oxunub: 15010 dəfə