Rusiyada koronavirusun qanköçürmə ilə müalicəsinə başlandı

  • Bölmə: Dünya  
  • Tarix: 9 apr 2020 [14:12]

Rusiyada koronavirusdan müalicə olunanlara ilk donor plazma qanköçürmə prosedurları həyata keçirilib. 


Bizimesr.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova infeksiyanın müalicəsinin yeni üsulu haqqında danışarkən qeyd edib.

Onun sözlərinə görə, artıq Moskvada koronavirusdan sağalan 11 nəfər donor olub. Qanköçürmə şəhər klinikalarında yeddi xəstəyə tətbiq edilib. “Biz digər ölkələrdəki həmkarlarımızın tibbi inkişafını daim izləyirik, oxşar tədqiqatlar Çin, Almaniya və ABŞ-da uğurla aparılır. Ümid edirik ki, yeni metod koronavirus pandemiyası ilə daha effektiv mübarizə aparmağa kömək edəcək "-deyə Rakova bildirib.

 

Qeyd edək ki, 9 aprel tarixinə Rusiyada koronavirusa yoluxanların ümumi sayı ölkənin 81 bölgəsində 10 131 nəfərə çatıb. Koronavirusdan 76 nəfər ölüb, 698 nəfər isə sağalıb. 
Xatırladaq ki, Rusiyada koronavirus infeksiyası qeydə alınmamış bölgələr - Altay Respublikası, Nenets Muxtar Dairəsi, Tuva və Çukotkadır.


Загрузка...


Oxunub: 7140 dəfə