Avropa İttifaqı niyə ən az yardımı Azərbaycana ayırdı? - AÇIQLAMA

  • Bölmə: Siyasət  
  • Tarix: 9 apr 2020 [13:40]

"Avropa Birliyi koronovirus pandemiyasına qarşı zəruri tibbi ləvazimatların alınması üçün Şərq Tərəfdaşlığı ölkələri arasında ən az maliyyəni (14 milyon avro) Azərbaycana ayırıb. Gürcüstana 183 milyon, Belarusa 60 milyon, Moldovaya 87 milyon, Ukraynaya 190 milyon, Ermənistana isə 92 milyon avro ayırıb". 


Bizimxeber.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Avropa Birliyinin bu yanaşması hazırkı böhran vəzyyətində anlaşılan deyil və digər ölkələrlə müqayisədə ədalətsiz yanaşmadı.

 

Burada Avropa Birliyinin müəyyən siyasi yanaşmaları varsa, o, arxa plana keçməli, humanitar missiyalarda siyasi səbəblər axtarılmamalıdır:"Azərbaycanın yetərli maliyyəyə sahib olduğunu nəzərə alsalar da, bu qədər ciddi fərqlə kiçik maliyyə yardımı edilməməli idi. Azərbaycan Avropa İttifaqı üçün yük deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühim rol oyanayan ölkədir.

Həmçinin Asiyadan Avropaya yüklər Azərbaycandan daşınmaqla böyük lojistik dəstək verilir. Azərbaycan Avropa üçün yuxarıda qeyd edilən ölkələrdən daha çox strateji əhəmiyyət kəsb edir. Təəssüf ki, müəyyən siyasi yanaşmalara görə Azərbaycana fərq qoyulur". 

 

Ekspert hesab edir ki, bu yanaşma Brüsselin siyasətinə kölgə salır: "İnsan hüquqları, demokratiya məsələsinə gəldikdə isə Belarus dünyanın ən anti-demokratik ölkəsidir. Amma Lukaşenkonu ələ almaq üçün bu qədər vəsait ayrılır. Ayrılsın, amma fərq qoyulmamalıdır".


Загрузка...


Oxunub: 7680 dəfə