Uhanda karantinin sona çatması İŞIQ-ŞOU ilə qeyd edildi - FOTO

  • Bölmə: Dünya  
  • Tarix: 9 apr 2020 [12:34]

Çinin Uhan şəhərində karantin bitməsi parlaq-işıq şousu ilə qeyd olunub.


Bizimesr.az Çin mətbuatına istinadən xəbər verir ki, xəstəliyə qarşı mübarizə zamanı qəhrəmanlıq göstərənlərin şərəfinə bütün binalarda işıqlar yandırılıb. Koronavirus pandemiyası səbəbindən şəhərdə həyat 76 gün idi ki dayanmışdı.

 

Artıq hökumət tərəfindən 11 milyon Uhan sakininə ölkə daxilində sərbəst hərəkət etmək icazəsi verilib. Çin hakimiyyəti şəhərlə nəqliyyat əlaqələrini tamamilə bərpa edib. Müəssisələrin əksəriyyəti fəaliyyətini bərpa edib.

 

 

 


Загрузка...


Oxunub: 6090 dəfə