Kral ailəsinin 150 üzvü koronavirusa yoluxub

  • Bölmə: Dünya  
  • Tarix: 9 apr 2020 [11:44]

Səudiyyə Ərəbistanının kral ailəsindən təxminən 150 adamın koronavirusa yoluxduğu bildirilir.

 

Bizimesr.az xəbər verir ki, bu barədə “New York Times” məlumat dərc edib.


Məlumata görə, kral ailəsinin müalicə olunduğu özəl xəstəxanalarda ehtiyat üçün daha 500 yataq boş saxlanılır. 84 yaşlı kral Salman isə Qırmızı dənizdəki adalardan birində karantindədir. Kral Salmanın oğlu, 34 yaşlı vəliəhd şahzadə Məhəmməd ibn Salman da nazirlərlə birlikdə Ciddə şəhərindən kənarda özünü karantinə alıb.


Загрузка...


Oxunub: 4390 dəfə