Ötən gecə Rusiyada 1175 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

  • Bölmə: Dünya  
  • Tarix: 8 apr 2020 [11:50]

Rusiyada ötən gecə ərzində koronavirusa 1175 yeni yoluxma halı qeydə alınıb.

Rusiyanın Operativ Qərargahından verilən məlumata əsasən, ümumi yoluxanların sayı 8672 nəfərə çatıb.

Yoluxma 81 regionu əhatə edir.

Son sutka ərzində ölənlərin sayı isə 5 nəfərdir. Rusiya ərazisində indiyədək koronavirusdan 63 nəfərin öldüyü açıqlanıb. Sağalanların ümumi sayı 583 nəfərdir.


Загрузка...


Oxunub: 6950 dəfə