Rusiyalı futbolçu Fedor Smolov sevgilisinə görə İspanıyadan Rusiyaya qaçdı

  • Bölmə: İdman  
  • Tarix: 6 apr 2020 [14:13]

La Liqanın "Celta Vigo"futbol klubunun rus forveti Fedor Smolov İspanıya hökumətinin karantin tələblərini kobud şəkildə pozub.

 

Bizimesr.az Türkiyə mətbuatına istinadən bildirir ki, Smolov, sabiq Rusya prezidenti Boris Yeltsinin nəvəsi olan nişanlısı Mariya Yumaşevanın doğum günündə iştirak etmək üçün "Celta Vigo"futbol klubunun rəhbər heyətinə müraciət edib. Lakin pandemiya səbəbindən ölkədəki qadağalar nəzərə alınaraq rədd cavabı alan rus futbolçu özəl Jet kirayələyərək İspaniyadan qaçmağa müvəffəq olub.

 

Sevgilisinin 18 yaşını birlikdə qeyd etmək üçün bu addımı atan futbolçu peşman olmadığını bildirib.

 

 "Özümü çox yaxşı hiss edirəm, sadəcə nişanlımın doğum günündə yanında olmağımı özümə borc bildim"- deyə Smolov bildirib.


"Celta Vigo"futbol klubunun intizam şurasının yaxın günlərdə forvetlə əlaqədar qərarının açıqlanacağı gözlənilir. 


Xatırladaq ki, Serbiya futbolçusu Aleksandr Prijovic, ölkədəki karantin tələblərini pozduğuna görə 3 ay ev həbsi cezası alıb.


Загрузка...


Oxunub: 6900 dəfə