Ueyn Runi və Kayl Uoker karantin rejimini pozduğu üçün cərimələnib

  • Bölmə: İdman  
  • Tarix: 6 apr 2020 [13:05]

"Derby County" klubunun hücumçusu Ueyn Runi, "Manchester City"nin futbolçusu olan həmyerlisi Kayl Uokerlə görüşdüyü üçün polis tərəfindən cərimələnib. 

 

Bizimesr.az "Daily Mail"ə istinadən xəbər verir ki, 34 yaşlı Runi karantin qaydalarını pozaraq Uokerlə qolf oynamağa gedib. 


"The Sun"nun məlumatına əsasən, "Sity"nin müdafiəçisi olan 29 yaşlı Uoker bundan əvvəl iki fahişəni evinə dəvət etdiyi üçün tənqid olunub.


5 apreldə Uokerin 250 min funt cərimə olunduğu bildirilib.

 

Eyni zamanda, onun klubu da ona qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb. Hər iki futbolçu xalqdan üzr istəyib.


Maraqlıdır ki, bundan əvvəl Uokerin özü azarkeşləri karantin rejiminə riayət etməyə çağırmışdı.


Загрузка...


Oxunub: 5870 dəfə