Rusiyada koronavirusdan sağalan qadın evdə öldü

  • Bölmə: Dünya  
  • Tarix: 4 apr 2020 [16:02]

Bizimesr.az Rusiya KİV-nə istinadən xəbər verir ki, koronavirusdan müalicə alaraq sağalmış Tula sakini evə buraxılarkən vəfat edib.

 "O, komplaks şəkildə intensive terapiya müalicəsini alaraq sağalmışdı. Ölümündən bir gün əvvəl qadından götürülmüş analizdə (test analizi) virusun mənfi nəticəsi dəfələrlə təsdiqlənib. Lakin 93 yaşlı qadın, ürək-damar sisteminin xroniki xəstəliyindən vəfat etdi" deyə Tula vilayət rəhbərliyi rəsmi açıqlamada qeyd edib.

Son məlumatlara görə, Tula vilayətində 19 nəfərdə koronavirus aşkar edilib.Onlardan 9 nəfəri bilavasitə xəstə ilə təmasdan sonra yoluxmuşdur. 3 xəstə artıq sağalıb, qalanları müalicələrini davam etdirir.

Bundan başqa, daha 43 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Ümumilikdə isə 1545 nəfər tibbi nəzarətdə saxlanılır.


Загрузка...


Oxunub: 8250 dəfə