Gürcüstanda koronavirusa yoluxanların sayı 148-ə çatıb

  • Bölmə: Dünya  
  • Tarix: 3 apr 2020 [10:22]

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının sayı 148-ə çatıb.

 

Bizimesr.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

 

Bildirilib ki, hazırda ölkə üzrə 5550 nəfər karantində saxlanılır, stasionar müalicə alan xəstələrin sayı isə 281-dir. Virusa yoluxmuş şəxslərdən 27-si  artıq sağalıb.

 

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.


Загрузка...


Oxunub: 3890 dəfə