Bakıda qonşusu ilə mübahisə edən şəxs bıçaqlandı

  • Bölmə:
  • Tarix: 3 apr 2020 [09:27]

Bakının Binəqədi rayonunda bıçaqlanma olub.

 

Bizimesr.az xəbər verir ki, hadisə keçmiş Xutor yaşayış massivində qeydə alınıb.

1960-cı il təvəllüdlü Salmanov Şair Mehman oğlu sərxoş vəziyyətdə qonşusu ilə mübahisə edib. Nəticədə, həmin şəxs bıçaqla ona xəsarətlər yetirib.

 

Ş.Salmanov alnının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.


Загрузка...


Oxunub: 4230 dəfə