Qaralovun müddəti bitir - Yeni Baş Prokuror kim olacaq?

  • Bölmə: Siyasət  
  • Tarix: 1 apr 2020 [12:24]

Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti başa çatır.

 

Bizimxeber.az-ın məlumatına görə, Milli Məclis Zakir Qaralovu bu vəzifəyə sonuncu dəfə 2015-ci ilin aprelin 28-də təsdiqləyib.


Qeyd edək ki, “Prokurorluq haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının Baş prokurorunun səlahiyyət müddəti beş ildir.


Məlumat üçün bildirək ki, Zakir Qaralov 2000-ci ilin 25 aprel tarixindən Baş prokuror vəzifəsində işləyir.


Загрузка...


Oxunub: 5590 dəfə