Lev Leşşenko Jasmini koronavirusa yoluxdurub?

  • Bölmə: Maqazin  
  • Tarix: 30 mar 2020 [16:10]

Müğənni Jasmin, sonradan koronavirus diaqnozu qoyulmuş Lev Leşşenkonun da qatıldığı  Alla Krutoyun doğum günü şərəfinə təşkil olunmuş tədbirdə iştirak edib. Müğənni Rusiyanın səhnə ustasının vəziyyətindən narahatlığını bildirib.


Bizimesr.az xeber verir ki, Jasmin onda koronavirus infeksiyasının əlamətlərinin hələlik olmadığını bildirib. O qeyd edib ki, tezliklə yoxlanış üçün test müayinəsindən keçməyi düşünür.


Jasmin, Lev Leşşenkonun xəstəxanaya yerləşdirildiyini biləndə sonra çox qorxduğunu etiraf edib. Bəstəkar İqor Krutoyun bacısının doğum günündə onunla həmsöhbət olduğunu xatırlayıb.

 

"Lev Valeryanoviçin Alla Krutoyun yubileyindən əvvəl yoluxduğuna dair heç bir zəmanətim yoxdur. Bu sonra da baş verə bilərdi"- deyə Jasmin deyib.


Xatırladaq ki, daha əvvəl Oleq Qazmanov və Arkadiy Ukupnik Lev Leşşekonun xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlərdən sonra özlərini təcrid etmək qərarına gəliblər.

 

Tədbirdən sonra koronavirusdan şübhələnən İqor Nikolayev isə xəstəxanaya yerləşdirilib.


Загрузка...


Oxunub: 9380 dəfə