Tahir Kərimli yenə də öz ampluasında...

  • Bölmə: Siyasət  
  • Tarix: 30 mar 2020 [14:05]

Millət vəkili Tahir Kərimli Azərbaycan dilinin qorunması fonunda nəvəsinə ad qoyması  ilə bağlı çıxış edib.


 “Bizimxeber.az"-ın verdiyi xəbərə görə, T.Kərimli deyib ki, ölkədə Azərbaycan dilinə xüsusi üstünlük verilməlidir: “Hərə xaricdən bir söz gətirib istifadə edir. Mənim adımı ərəbcəyə çevirəndə qəribə bir məna çıxır. 


Biz öz kimliyimizə hörmətlə yanaşmalıyıq. Məsələn, “Toğrul” elə “Doğrul” deməkdir. Amma mən bu yaxınlarda nəvəm olanda ona “Doğrul” adı qoymaq istədim, mənə icazə vermədilər. Dedilər ancaq “Toğrul” ola bilər”.


P.S

 

Tahir Kərimlinin koronavirusla mübarizə çərçivəsində deputat təyin olunduğu rayondakı vəziyyəti müzakirə etmək əvəzinə yenə ad məsələsindən danışması qətiyyən başadüşülən deyil. Görünür, yoldaş Kərimlini Ağsu rayonundakılarının həyatından daha çox öz nəvəsinə qoyduğu ad narahat edir...


Загрузка...


Oxunub: 11950 dəfə